"Barselona" Fati ilə bağlı qərar verib

"Barselona" ispaniyalı futbolçusu Ansu Fatini mövsümün sonunda satacaq.

Sportline.az insayder Fernando Polonun məlumatına istinadən xəbər verir ki, Kataloniya klubu Fatini 20 milyon avro qarşılığında satmaq niyyətindədir.

"Tottenhem" 22 yaşlı futbolçu ilə yaxında maraqlanır.

Qeyd edək ki, Fatinin "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.