“Barselona” Frenki De Yonqu satacaq
“Barselona” klubunun rəhbərliyi niderlandlı futbolçu Frenki De Yonqu satmaq qərarına gəlib.
Sportline.az “Diario Sport” nəşrinə istinadən xəbər verir ki, “Barselona” klubu F.De Yonqun transfer dəyərinin 60 milyon avro olduğunu açıqlayıb.
De Yonq “Barselona”da illik 19 milyon avro maaş alır.
Qeyd edək ki, Frenki De Yonqun “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayında qədərdir.