"Barselona" danimarkalı futbolçusu ilə yollarını ayıracaq

"Barselona" danimarkalı futbolçusu Andreas Kristensenle yollarını ayıracaq.

Sportline.az insayder Jerard Morenonun məlumatına istinadən xəbər verir ki, Kataloniya klubu Kristenseni 20 milyon avro qarşılığında saymağa hazırdır.

28 yaşlı futbolçunun "Barselona" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Kristensen bu mövsüm cəmi 1 matçda iştirak edib.