"Barselona" futbolçusunun qiymətini açıqladı

"Barselona" uruqvaylı futbolçusu Ronald Arauxo ilə bağlı qərar verib.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Arauxonu satmaq niyyətindədir.

26 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Arauxonun klubla sözləşməsi 2031-ci ilin iyun ayına qədər nəzərdə tutulub.