"Barselona" ingiltərəli oyunçudan razıdır

"Barselona" ingiltərəli futbolçu Markus Reşfordun çıxışından razıdır.

Sportline.az xəbər verir ki, rəhbərlik 28 yaşlı sol cinah vingerini birdəfəlik transfer etmək istəyir.

Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, Reşford "Barselona"da icarə əsasında çıxış edir. O, müqavilə əsasında "Mançester Yunayted"ə məxsusdur.