“Barselona” ingiltərəli ulduzun transferində sona yaxınlaşır

"Mançester Yunayted"in ingiltərəli futbolçusu Markus Reşford "Barselona"ya transfer olmağa yaxındır.

Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu "Mançester Yunayted"lə razılıq əldə edib.

27 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, Reşfordun özüdə "Barselona"da oynamaq istəyir.