"Barselona" ispaniyalı futbolçusu ilə vidalaşa bilər
Səudiyyə Ərəbistanının aparıcı klublarından olan "Əl-Nəsr" "Barselona"nın hücumçusu Ferran Torresin transferində maraqlıdır.
Sportline.az xəbər verir ki, "Əl-Nəsr" 24 yaşlı ispaniyalı futbolçunu hücum xəttində çevik və çoxfunksiyalı seçim kimi görür.
Klub Kriştiano Ronaldo ilə yanaşı, bəzi matçlarda Torresi mərkəz hücumçusu kimi istifadə edərək, hücumda rotasiya imkanlarını genişləndirmək niyyətindədir.