"Barselona" ispaniyalı futbolçusuna yeni müqavilə təklif edib
"Barselona" ispaniyalı mərkəz müdafiəçisi Erik Qarsiyaya yeni müqavilə təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
24 yaşlı futbolçunun klubla hazırki sözləşməsi 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, Erik Qarsiya bu mövsüm meydana çıxdığı 12 matçda 1 qolla yadda qalıb.