"Barselona" kolumbiyalı futbolçunu transfer etməkdə israrlıdır
"Barselona" "Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diazı transfer etməkdə israrlıdır.
Sportline.az jurnalist Uriel Laqtın məlumatına istinadən xəbər verir ki, Kataloniya klubu L.Diaz üçün 80 milyon avro ödəməyə hazırdır.
28 yaşlı futbolçunun "Liverpul"la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, Luiz Diaz cari mövsüm meydana çıxdığı 49 matçda 17 qol 8 asistlə yadda qalıb.
Təcrübəli futbolçu "Liverpul"a 2022-ci ilin yanvar ayında "Porto"dan 54 milyon avro qarşılığında transfer olmuşdu.