"Barselona" Leva ilə yeni müqavilə imzalamaq istəyir
"Barselona" Robert Levandovskiyə 1 illik yeni müqavilə təklif etməyi planlaşdırır.
Sportline.az xəbər verir ki, bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
37 yaşlı futbolçunun klubla hazırki sözləşməsi yayda başa çatacaq.
Qeyd edək ki, Levandovski cari mövsüm meydana çıxdığı 37 matçda 16 qol, 3 asistlə yadda qalıb.