“Barselona” Levandovskinin yerinə amerikalı hücumçunu istəyir

“Barselona” rəhbərliyi Robert Levandovskidən sonrakı dövr üçün hücum xəttini planlaşdırmağa davam edir. Kataloniya təmsilçisinin diqqət mərkəzinə  “Monako”nun hücumçusu Folarin Baloqun düşüb.

Sportline.az xəbər verir ki, ABŞ millisinin üzvü həm klubunda, həm də millidə göstərdiyi çıxışlarla Avropanın bir sıra aparıcı klublarının marağına səbəb olub.

Bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Bildirilir ki, “Barselona” Baloqunu maliyyə baxımından əlverişli transfer variantı hesab edir. Hücumçunun təxmini transfer dəyərinin 40 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, Baloqun fransız təmsilçisinin heyətində ötən mövsüm çıxdığı 43 matçda 19 qol, 4 asistlə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayında başa çatır.

Banner