"Barselona" Levandovskiyə yeni müqavilə təklif etdi
"Barselona" polşalı forvardı Robert Levandovskiyə yeni sözləşmə təklif edib.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
37 yaşlı futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsi bu yay başa çatacaq.
Qeyd edək ki, R.Levandovski cari mövsüm meydana çıxdığı 40 oyunda 17 qol, 3 asistlə yadda qalıb.