"Barselona" "Liverpul"a 44 milyon avro ödəməyə hazırdır

"Barselona" yeni yarımmüdafiəçi axtarışına çıxıb.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Liverpul"un futbolçusu Rayan Qravenberx Kataloniya klubunun əsas transfer hədəfinə çevrilib.

İspaniya təmsilçisi bu keçid üçün qarşı tərəfə 44 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, 23 yaşlı oyunçu cari mövsüm meydana çıxdığı 12 matçda 3 qol, 2 asistlə yadda qalıb.