“Barselona” “Mançester Yunayted”dən 120 milyon avro tələb edir
"Mançester Yunayted" transfer bombasına hazırlaşır.
Sportline.az xəbər verir ki, İngiltərə klubu "Barselona"nın brazilyalı futbolçusu Rafinyanı transfer etməyə çalışır.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, Kataloniya klubu Rafinya üçün 120 milyon avro tələb edir.
28 yaşlı sol cinah vingerinin "Barselona" ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.