“Barselona” Meksika klubundan futbolçu alır

"Barselona" yay transfer pəncərəsi öncəsi hücum xəttini gücləndirmək üçün axtarışlarını davam etdirir.

Sportline.az xəbər verir ki, kataloniyalılar Meksikanın “Qvadalaxara” klubunun hücumçusu Armando Qonzalez ilə maraqlanır.

22 yaşlı forvard cari mövsümdə “Qvadalaxara”nın heyətində parlaq çıxışları ilə diqqət çəkib.

O, bütün turnirlərdə 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.