"Barselona" məşhur müğənnini heyətə qatdı

"Barselona" El-klasiko öncəsi heyətə məşhur müğənnini qatıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb.

Söhbət britaniyalı pop-müğənni Ed Şirandan gedir. O, "Real"la sabahkı oyunun iştirak ərizəsində olacaq.

Kataloniya təmsilçisi mütəmadi olaraq "Spotify" şirkəti ilə əməkdaşlıq çərçivəsində belə aksiyalar keçirir.

Qeyd edək ki, "Barselona" bundan əvvəl Dreyk, Rozaliya, Rollinq Stounz, KAROL G, Qoldpley və Trevis Skotla da eyni aksiya keçirmişdi.