“Barselona” - “Paris Sen-Jermen”: Düşərgələrdəki son durum
UEFA Çempionlar Liqasının liqa mərhələsinin 2-ci turunun oyunları davam edir.
Sportline.az xəbər verir ki, gecənin mərkəzi matçında "Barselona" öz meydanında "Paris Sen-Jermen"lə qarşılaşacaq.
Heyətlərə nəzər saldıqda hər iki klubda ciddi itkilərin olduğunu deyə bilərik.
"Barselona"da qapıçı Joan Qarsiya, Mark Andre Ter-Ştegen, Fermin Lopez, Pablo Qavi və Rafinya baş məşqçi Hans Flikin sərəncamında olmayacaq.
PSJ-də Markinyos, Dezire Doye, Xviça Kvaratsxheliya və Usman Dembele zədədən əziyyət çəkir.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək oyunu ingiltərəli hakim Maykl Oliver idarə edəcək.