"Barselona" Pedri ilə bağlı qərar verib
"Barselona" ispaniyalı futbolçusu Pedri ilə yola davam edəcək.
Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu Pedri ilə 2030-cu ilə qədər yeni müqavilə imzalayacaq.
22 yaşlı futbolçunun hazır ki müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Pedri cari mövsüm çıxış etdiyi 31 matçda 4 qol və 4 asistlə yadda qalıb.