“Barselona” PSJ-nin təklifini rədd edib
“Paris Sen-Jermen” “Barselona”nın ispaniyalı futbolçusu Gavini transfer etmək istəyir.
Sportline.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, Paris klubu Qavi üçün “Barselona”ya 100 milyon avro təklif edib.
Lakin Kataloniya klubu bu təklifi qəbul etməyib.
Qeyd edək ki, Qavi bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 28 matçda 2 qol və 3 asistlə yadda qalıb.
20 yaşlı yarımmüdafiəçinin “Barselona” ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.