"Barselona" Rafinya ilə bağlı qərar verdi - Brazilyalı futbolçu satılacaq?
"Barselona" brazilyalı futbolçusu Rafinya ilə bağlı qərar verdi.
Sportline.az xəbər verir ki, Kataloniya klubu 28 yaşlı hücumçunu satmaq fikrində deyil. Rəhbərlik Rafinya ilə yola davam edəcək.
Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, sözügedən oyunçu cari mövsüm meydana çıxdığı 31 matçda 19 qol, 8 asistlə yadda qalıb.