"Barselona" rəhbərliyinin Ardanı saxlamaq fikri yoxdur

"Rəhbərlikdən heç kim Arda Turanın "Barselona"da qalmasına razı deyil". SportLine.az xəbər verir ki, bu sözləri goal.com saytının Barselona müxbiri İqnasi Oliva deyib. 

Jurnalistin sözlərinə görə, türkiyəli futbolçu hazırda komandaya lazım deyil:

"Klubda hamı gözləyir ki, hansısa klub gəlsin, 30 milyon avro versin və oyunçunu alsın. Onun transferi də çətinliklə reallaşmışdı və bu, Luis Enrikenin istəyi idi. Ancaq onun dövründə belə futbolçunu təsadüf hallarda meydanda görmək mümkün idi. Bu, yanlış tranfer idi. İndi də rəhbərlik Ardanı göndərmək barədə düşünür və müştəri gözləyir".

İ.Oliva futbolçunun komandada dostu olmadığını, tək qaldığını deyib: "Arda buraya gələndən bir dəfə də olsun mətbuat konfransı keçirməyib. Kataloniya mətbuatına açıqlama verməyib. Bu mövzuda hamı Neymarı tənqid edirdi, ancaq Arda onu "arxada qoyub". O, mühitə uyğunlaşmaqda çətinlik çəkir. Dostu yoxdur. Hamı onun getməsini istəyir".

Qeyd edək ki, A.Turan 2015-ci ildən "Barselona"nın şərəfini qoruyur.