“Barselona” Reşford üçün “Mançester Yunayted”lə danışıqlara başlayıb

“Barselona” klubunun rəhbərliyi Markus Reşfordu birdəfəlik transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, bu haqda “Fichajes” nəşri məlumat yayıb.

28 yaşlı sol cinah vingeri hazırda Kataloniya klubunda 1 illik icarə əsasında çıxış edir.

Qeyd edək ki, Reşford müqavilə əsasında “Mançester Yunayted”ə məxsusdur.