"Barselona" səfərdə "Real Betis"lə bacarmadı
İspaniya çempionatının 16-cı turunun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, lider "Barselona" səfərdə "Real Betis"lə məhsuldar heç-heçə edib. 2:2
Qollar: Robert Levandovski 39, Covanni Lo Çelso 68 (pen), Ferran Torres 82, Assane Diao 90+4
Qeyd edək ki, "Barselona" 38 xalla çempionata başçılıq edir. "Real Betis" isə 21 xalla 11-ci pillədə qərarlaşıb.