“Barselona” ulduz futbolçunun izinə düşüb
“Bavariya”nın ingiltərəli forvardı Harri Keyn karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, “Barselona” 32 yaşlı futbolçunu transfer etməkdə israrlıdır.
Kataloniya təmsilçisi yayda Levandovski ilə yollarını ayıracaq. Rəhbərlik polşalı hücumçunun yerini Keynlə doldurmaq istəyir.
Qeyd edək ki, 32 yaşlı oyunçunun sərbəst qalma məbləği 68 milyon avrodur.