“Barselona”da ayrılıq

“Barselona”nın ispaniyalı futbolçusu Erik Qarsiya mövsümün sonunda klubdan ayrılacaq.

Sportline.az “Mundo Deportivo” qəzetinə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi E.Qarsiyanı 20 milyon avro qarşılığında satmaq niyyətindədir.

24 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Qarsiya cari mövsüm çıxış etdiyi 17 oyunda rəqib qapılarından 2 top keçirib.