"Barselona"da ciddi itki

"Barselona"nın qapıçısı Xuan Qarsiyanın zədəsinin nə dərəcədə ciddi olduğu müəyyənləşib.

Sportline.az xəbər verir ki, o, "Nyukasl"la Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşündə (7:2, ilk qarşılaşma 1:1) matçın son dəqiqələrində ayağından xəsarət alıb.

Qarsiya sol baldır nahiyəsində yaranan kiçik yırtığa görə təxminən 2–3 həftə yaşıl meydanlardan uzaq qalacaq.