"Barselona"da yeni müqavilə

"Barselona" danimarkalı futbolçusu Andreas Kristensenlə yeni müqavilə bağlayıb.

Sportline.az xəbər verir ki, sözügedən müdafiəçi 2028-ci ilin yayına qədər Kataloniya klubunda qalacaq.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, A.Kristensenin dəyəri 8 milyon avrodur.

Banner