"Barselona"dan "Arsenal"a 45 milyonluq təklif

"Barselona" "Arsenal"ın futbolçusu Hektor Bellerinin xidmətində maraqlıdır. SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi artıq "topçular"a rəsmi təklif də ünvanlayıb. 

Məlumata əsasən, La Liqa klubu 22 yaşlı müdafiəçinin keçidi üçün 45 milyon funt-sterlinq xərcləməyə hazır olduğunu bildirib.

"Arsenal"ın İspaniya təmsilçisinə yaxın günlərdə cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, H.Bellerin "Barsa"nın yetirməsidir.