"Barselona"dan "Atletiko"ya doğru

"Atletiko Madrid" "Barselona"nın futbolçusu Mark Kasadonu heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

22 yaşlı yarımmüdafiəçinin dəyəri 18 milyon avrodur.

Qeyd edək ki, M.Kasado bu mövsüm meydana çıxdığı 34 matçda 1 asistlə yadda qalıb.

Banner