"Barselona"dan ayrılmaq istəyir

"Barselona"nın yarımmüdafiəçisi Mark Kasado yayda klubdan ayrılmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "SER Catalunya" nəşri məlumat yayıb.

22 yaşlı futbolçu daha çox oynaya biləcəyi kluba transfer olmaq niyyətindədir.

Qeyd edək ki, M.Kasadonun dəyəri 20 milyon avrodur.