“Barselona”dan “İnter”ə təklif var

Kataloniya klubu yay transfer pəncərəsində Alessandro Bastonini heyətinə qatmaq istəyir. Lakin transferin baş tutması bir sıra amillərdən asılıdır.

Sportline.az xəbər verir ki, “İnter” əsas müdafiəçilərindən biri olan Alessandro Bastoni ilə yollarını ayırmaq istəmir.

Milan təmsilçisi yalnız yüksək məbləğ qarşılığında futbolçunu sata bilər və onun qiyməti təxminən 80 milyon avro olaraq dəyərləndirilir.