“Barselona”dan “İnter”ə təklif var
"İnter" klubunun müdafiəçisi Alessandro Bastoni karyerasını İspaniyada davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Barselona" italiyalı futbolçunun transferi üçün artıq rəsmi təkliflə çıxış edib.
Məlumata görə, Kataloniya təmsilçisi 26 yaşlı müdafiəçi üçün 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Bastoni bu mövsüm bütün turnirlərdə 35 matçda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter"lə müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədədir.