"Barselona"dan növbəti transfer

Növbəti mövsümə hazırlıqları davam etdirən "Barselona" heyətini gücləndirib. SportLine.az xəbər verir ki, Kataloniya təmsilçisi "Benfika"nın müdafiəçisi - Nelson Semedonu heyətinə cəlb edib.

"Marca"nın xəbərində 23 yaşlı müdafiəçinin bu gün tibbi müayinədən keçəcəyi bildirilib. Futbolçunun növbəti iki il ərzində "Barselona"nın uğurları üçün çalışacağı deyilir. Transfer Kataloniya klubunu 30 milyon avro xərcə salıb.

Qeyd edək ki, N.Semedo 2015-ci ildən "Benfika"nın şərəfini qoruyub.