“Barselona”dan transfer bombası

"Barselona" Harri Keyni Levandovskinin əvəzləyicisi kimi transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, "Barselona" İngiltərə millisinin və "Bavariya" klubunun hücumçusu Harri Keynin transferini gündəminə alıb.

Bu haqda "Mundo Deportivo" nəşri məlumat yayıb.

Kataloniza klubu 31 yaşlı ulduz futbolçunu gələn yay müqaviləsi başa çatacaq Robert Levandovskinin yerinə əsas namizəd kimi görür.

Keynin Münhen klubu ilə sözləşməsi 2026-cı ilin yayına qədərdir.

Onun transfer qiyməti 65 milyon avrodur.