"Barselona"nı "Marsel"ə dəyişdi

Fransanın "Marsel" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "Barselona"dan Konrada De La Fuenteni transfer edib. 20 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.


Qeyd edək ki, amerikalı futbolçu "Barselona"nın yetirməsidir. O, ötən mövsüm Kataloniya klubunun əsas komandasında debüt edib.