"Barselona"nın Alvarez planı üzə çıxıb

"Barselona" gələn yay "Atletiko Madrid"in argentinalı futbolçusu Xulian Alvarezi heyetinə qatmağı planlaşdırır.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu gələn yaya qədər 100 milyon avronu toplamaq istəyir.

25 yaşlı futbolçunun Madrid klubu ilə sözləşməsi 2030-cu ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Xulian Alvarez "Atletiko"ya 2024-cü ilin yayında "Mançester Siti"dən 75 milyon avro qarşılığında transfer olunmuşdu.