UEFA "Barselona"nın futbolçularını dopinq-testə cəlb etdi

UEFA "Barselona" klubunun bazasına nümayəndələr göndərib. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, ali futbol qurumu katalon klubunun futbolçularını dopinq-testdən keçirmək məqsədi ilə bu addımı atıb. 

Klubun 10 futbolçusu dopinq-testə cəlb olunub. Həmin futbolçular arasında Mark-Andre Ter Ştegen, Xerard Pike, Serxio Buskets, Andres İnyesta, Mark Bartra, Xordi Alba, Serxi Roberto, Jeremi Matyu, Luis Suares və Neymarın adı var.