"Barselona"nın futbolçusuna 80 milyon avroluq təklif

"Barselona"nın futbolçusu Jül Kunde komandanı tərk edə bilər.

Sportline.az xəbər verir ki, bu haqda İspaniyanın məşhur "Mundo Deportivo" nəşri məlumat yayıb.

27 yaşlı müdafiəçi ilə "Liverpul"un maraqlandığı bildirilir.

Mersisaydlıların onun üçün 80 milyon avro ödəməyə hazır olduğu bildirilir. 

Qeyd edək ki, Kunde eyni zamandı "Mançester Siti" və "Şelsi"nin də maraq dairəsindədir.

Onun "Barselona" ilə 2030-cu ilədək müqaviləsi var.