"Barselona"nın futbolçusunda koronavirus aşkarlandı

"Barselona"nın icarə əsasında "Valyadolid"də çıxış edən yarımmüdafiəçisi Mateus Fernandesdə koronavirus aşkarlanıb.

Sportline.az xəbər verir ki, "Valyadolid”in daha iki futbolçusunun da testi müsbət nəticələnib. Onlardan biri Oskar Pilanodur. Qeyd edilir ki, virusa yoluxanların üçü də karantindədir.

"Barselona" Fernandesi "Palmeyras"dan transfer edib, ancaq oyunçu qısa müddət sonra icarəyə verilib. Fernandes hələ "Valyadolid"də debüt etməyib.