“Barselona”nın gənc futbolçusu “Çelsi”nin hədəfindədir

“Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Mark Bernal karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, “Çelsi” 18 yaşlı futbolçu ilə yaxından maraqlanır.

Bu haqda “El Nacional” nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Bernalın dəyəri 10 milyon avrodur.