“Barselona”nın gənc futbolçusu “Çelsi”nin maraq dairəsindədir

"Barselona"nın gənc futbolçusu Fermin Lopez "Çelsi"nin maraq dairəsinə düşüb.

Sportline.az xəbər verir ki, bu haqda "Marca" qəzeti məlumat yayıb.

22 yaşlı futbolçu daha çox oynaya biləcəyi kluba transfer olmaq istəyir.

Bu səbəbdən "Çelsi"nin təklifini dəyərləndirəcək.

Qeyd edək ki, F.Lopezin dəyəri 50 milyon avrodur.