"Barselona"nın kapitanı klubdan ayrılmaq niyyətində deyil

"Barselona"nın kapitanı Mark-Andre Ter Ştegen yanvar ayında klubdan ayrılmaq niyyətində deyil.

Sportline.az "Diario Sport"a istinadən xəbər verir ki, 33 yaşlı kiper Avropa klublarından təklif almasa, getmək fikrində deyil.

Almaniya millisinin üzvü bu mövsüm cəmi 1 oyunda iştirak edib.

Qeyd edək ki, M.Ter Ştegenin dəyəri 7 milyon avrodur.