"Barselona"nın Luiz Diaz sevdası

"Liverpul"un kolumbiyalı futbolçusu Luiz Diaz "Barselona"nın əsas transfer hədəfinə çevrilib.

Sportline.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu mövsümün sonunda "Liverpul"a L.Diaz üçün 70 milyon avro təklif etməyi düşünür.

28 yaşlı futbolçunun Mersisayd klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Luiz Diaz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 14 qol və 8 məhsuldar ötürmə müəllifi olub.