"Barselona"nın qara siyahısı

"Barselona"nın baş məşqçisi Ernesto Valverde heyətlə bağlı islahatlar həyata keçirməyə hazırlaşır. Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o 7 futbolçunun xidmətində maraqlı deyil. Valverde Arda Turan, Andre Qomes, Rafinya, Duqlas Pereyra, Tomas Vermalen, Marlon da Silva və Munir El Haddadi ilə yolları ayırmaq istəyini açıqlayıb. Xatırladaq ki, "Barselona"nın bu futbolçuları uzaqlaşdıracağı hələ bir müddət əvvəldən gündəmdə idi.