“Barselona”nın sabiq futbolçusu İran klubuna keçib
"Barselona"nın sabiq futbolçusu Munir Əl-Haddadi karyerasını İran çempionatında davam etdirəcək.
Sportline.az xəbər verir ki, 30 yaşlı hücumçu “İstiqlal” klubu ilə anlaşma əldə edib.
Bu barədə İran təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Barselona” akademiyasının yetirməsi olan Mərakeş əsilli futbolçu ilə 2027-ci ilin iyun ayına qədər müqavilə imzalanıb.