“Barselona”nın sabiq futbolçusu “Mançester Yunayted”ə keçə bilər
“Palmeyras”ın brazilyalı futbolçusu Vitor Roke karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az “Diario Sport” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” sözügedən oyunçunun xidmətində maraqlıdır.
Brazilya klubu bu keçid üçün qarşı tərəfdən 50 milyon avro tələb edir.
Qeyd edək ki, Vitor Rokenin haqqlarının 20% sabiq klubu “Barselona”ya məxsusdur.