"Barselona"nın yeni baş məşqçisi o olacaq
"Barselona"nın yeni baş məşqçisi Ernesto Valverde olacaq. SportLine.az xəbər verir ki, bu iddia ilə Sport.es saytı çıxış edib.
Saytın yazdığına görə, mütəxəssis artıq "Atletik" klubundakı vəzifəsindən istefa verib. Bu isə, təsadüfi deyil.
Məlumatda qeyd olunur ki, E.Valverde Kataloniya təmsilçisi ilə razılığa gəlib və növbəti mövsümdən komanda ona tapşırılacaq.
Qeyd edək ki, La Liqada ötən mövsümün yekununda "Atletik" 63 xalla 7-ci yeri tutub.