"Barselona"nın yeni hədəfi - Dəyəri 6 milyon avrodur
"Barselona" yayda yeni transferlər həyata keçirməyi planlaşdırır.
Sportline.az "Africa Foot"a istinadən xəbər verir ki, "Strasburq"un futbolçusu Gessime Yassine Kataloniya klubunun transfer hədəfindədir.
20 yaşlı sağ cinah vingerinin dəyəri 6 milyon avrodur.
Qeyd edək ki, G.Yessimenin meneceri "Barselona" ilə təmas halındadır.