“Barselona”ya pis xəbər
“İnter” klubu Alessandro Bastoni ilə bağlı mövqeyini bəyan edib.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisinin rəhbərliyi 25 yaşlı müdafiəçinin satışını gündəmə gətirmir və onu gələcək planlarının əsas hissəsi hesab edir.
Klub prezidenti Cüzeppe Marotta bildirib ki, Bastoni komandanın vacib oyunçularındandır və hazırda onun ayrılığı müzakirə mövzusu deyil.
Qeyd edək ki, Alessandro Bastoninin adı “Barselona” ilə hallanırdı.