Baş katib Davor Şukerlə görüşüb

AFFA-nın baş katibi Elxan Məmmədov Xorvatiya Futbol Federasiyasının (HNS) prezidenti Davor Şuker ilə görüşüb. Sportline.az xəbər verir ki,  görüşdə iki milli assosiasiya arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. E.Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd kimi seçki platformasını HNS prezidentinə təqdim edib. Qeyd edək ki, seçki aprelin 5-də Finlandiyanın paytaxtı Helsinkidə UEFA-nın növbəti konqresi çərçiəvsində keçiriləcək.